...

Panama beynəlxalq aviareysləri bərpa edir

Dünya xəbərləri Materials 13 Oktyabr 2020 07:03 (UTC +04:00)
Panama beynəlxalq aviareysləri bərpa edir

Bakı. Trend:

Panama səlahiyyətliləri pandemiya səbəbindən təxminən yeddi ay müddətinə bağlanmış beynəlxalq uçuşları bərpa etdilər.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Latın Amerikası Respublikasının Mülki Aviasiya Departamenti məlumat verib.

Qeyd olunur ki, Respublikanın hava limanlarından hər gün təxminən 80 reys həyata keçiriləcək. Bildirilir ki, Panamaya gəldikdə səyahətçilərdən koronavirus infeksiyasının olmaması barədə arayış təqdim etmələri tələb olunacaq.

Xatırladaq ki, mart ayında Panama hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün digər ölkələrlə hava əlaqələrini dayandırıb və apreldə respublikada karantin və komendant saatı tətbiq edilib. Məhdudlaşdırıcı tədbirlər iyun ayından yüngülləşdirilib. İnşaat, şəhərsalma və mədən işləri sahələrindən olan şirkətlərin fəaliyyətləri bərpa edilib. Həmçinin kilsələr, parklar və idman kompleksləri də açılıb, lakin qaydalara uyğun olaraq adı çəkilən məkanlar 25 faizdən çox dolmamalıdırlar.

Rəsmi məlumatlara görə, Panamada koronavirusa yoluxanların sayı 120 313-ə çatıb, 2.4 mindən çox insan ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti