...

Kolumbiyada baş verən atışmada üç nəfər yaralanıb

Dünya xəbərləri Materials 9 Noyabr 2020 01:18 (UTC +04:00)
Kolumbiyada baş verən atışmada üç nəfər yaralanıb

Bakı. Trend:

Kolumbiyanın şimal-qərbində baş verən atışma nəticəsində ən az üç nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə La FM radiostansiyası bildirib.

Məlumata əsasən, hadisə İtuanqo bələdiyyəsində (Antyokiya departamenti) baş verib.

Bildirilib ki, iki naməlum şəxs sifarişli qətl törətməyə hazırlaşırdı. Cinayətkarlarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən atışma nəticəsində üç nəfər yaralanıb. Onlar xəstəxanaya çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti