...

Ermənistanda aksiya zamanı həbs olunan müxalifətçilərin adı açıqlanıb

Dünya xəbərləri Materials 12 Noyabr 2020 12:48 (UTC +04:00)
Ermənistanda aksiya zamanı həbs olunan müxalifətçilərin adı açıqlanıb

Bakı. Trend:

Ötən gün Yerevanda baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı bəyanatı imzalamasına etiraz olaraq keçirilən aksiyada saxlanmış müxalifətçilərin adları açıqlanıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, aksiya zamanı 10 müxalifətçi saxlanılıb.

Qeyd olunur ki, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyan, “Daşnaksutyun” partiyasının nümayəndəsi Geqam Manukyan, Respublika partiyasının nümayəndələri Eduard Şarmazanov, David Ambartsumyan və Ara Saakyan iğtişaşların təşkil olunması maddəsi ilə saxlanılıb.

“Daşnaksutyun” partiyasının üzvü İşxan Saqatelyan, “Milli təhlükəsizlik” partiyasının lideri Qarnik İsaqulyan və “Bir Ermənistan” partiyasının lideri Artur Qazinyan dövlət sirrinin yer aldığı sənədlərlə iş qaydasını pozmaq maddəsi ilə məsuliyyətə cəlb olunub.

Bundan başqa, politoloq Suren Surenyants və “Vətən” partiyasının lideri də qeyd olunan maddələrlə saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti