...

Yaponiyanın 10 prefekturasında quş qripi aşkarlanıb

Dünya xəbərləri Materials 13 Dekabr 2020 09:41 (UTC +04:00)
Yaponiyanın 10 prefekturasında quş qripi aşkarlanıb

Bakı. Trend:

Yaponiyanın Siqa prefekturasında quş qripi aşkarlanıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Siqa cari il quş qripinin aşkarlandığı 10-cu prefektura olub.

Qeyd edək ki, Yaponiyanın Kənd Təsərrüfatı Nazirliyi ölkədə quş qripinin yayılması ilə əlaqədar iclas keçirib. İclasda Siqa prefekturasına bununla bağlı yardım ediləcəyi qeyd edilib.

Xatırladaq ki, daha əvvəl quş qripi Yaponiyanın Kaqava, Miyadzaki, Nara, Fukuoka, Höqe, Oita, Hirosima, Vakayama və Okayama prefekturalarında aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti