...

Rusiyada koronavirusdan ölənlərin sayı 60 minə çatır

Dünya xəbərləri Materials 6 Yanvar 2021 12:18 (UTC +04:00)
Rusiyada koronavirusdan ölənlərin sayı 60 minə çatır

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 3,3 milyonu keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 24 217 nəfər virusa yoluxub, 445 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 308 601 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 59 951 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 2 685 723 şəxs virusdan sağalıb, 562 927 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti