Bakı. Orxan Nəbiyev - Trend:
Latviyada ilk dəfə koronavirusun yeni növünə yoluxma halları qeydə alınıb.
Trend-in məlumatına görə, Oqre şəhərində xəstəxanaların birində həkimlər yeni növ virusa yoluxub. Koronavirusun yeni ştammı, həmçinin bir neçə xəstədə qeydə alınıb.
Xəstəxananın baş həkimi yoluxanların dəqiq sayının məlum olmadığını bildirib.
Qeyd edək ki, koronavirusun yeni, daha sürətlə yayılan ştammı ilk dəfə ötən ayın sonunda Böyük Britaniyada aşkar olunmuşdu.