...

Rusiyada koronavirusdan ölənlərin sayı 68 mini keçib

Dünya xəbərləri Materials 22 Yanvar 2021 12:14 (UTC +04:00)
Rusiyada koronavirusdan ölənlərin sayı 68 mini keçib

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 3,67 milyonu keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 21 513 nəfər virusa yoluxub, 580 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 677 352 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 68 412 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 3 081 536 şəxs virusdan sağalıb, 527 404 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti