...

İran prezidenti bu həftə ölkədə koronavirusa qarşı peyvəndlənmənin başladığını deyib

Dünya xəbərləri Materials 7 Fevral 2021 03:33 (UTC +04:00)
İran prezidenti bu həftə ölkədə koronavirusa qarşı peyvəndlənmənin başladığını deyib

Bakı. Trend:

Səhiyyə və Tibbi Təhsil Nazirliyinin prioritetlərinə əsasən koronavirusa qarşı peyvəndləmə bu həftə İranda başlayacaq.

Trend-in məlumatına görə, bu barədə İran prezidenti Həsən Ruhani koronavirusla mübarizə üzrə milli qərargahın iclasında bildirib.

Onun sözlərinə görə, ölkədə koronavirusa qarşı peyvəndləmə fevralın 10-dan əvvəl başlayacaq:

"Ölkədəki bütün təşkilatlar koronavirusa qarşı peyvəndləməyə hazırlaşıblar və xoşbəxtlikdən peyvəndin ilk partiyası artıq gəldi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti