...

Koronavirus üzrə G7 sammitinin keçiriləcəyi zaman açıqlanıb

Dünya xəbərləri Materials 14 Fevral 2021 07:25 (UTC +04:00)
Koronavirus üzrə G7 sammitinin keçiriləcəyi zaman açıqlanıb

Bakı. Trend:

G7 ölkələrinin liderlərinin videokonfrans rejimində sammiti fevralın 19-u keçiriləcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın baş naziri Boris Consonun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya və Avropa İttifaqı liderlərinin sammiti Britaniyanın sədrliyi ilə 2020-ci ilin aprel ayından bəri keçiriləcək ilk sammit olacaq.

Bildirilir ki, sammitin əsas mövzuları koronavirus pandemiyası ilə mübarizə və dünyada vaksinlərin ədalətli paylanılması olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti