Bakı. Trend:
Bakı. Trend:
Avstraliyanın keçmiş maliyyə naziri Matias Kormann İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Baş katibi seçilib.
Trend-in məlumatına görə, bu barədə təşkilatın seçim komitəsi bildirib.
İştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinə göndərilən seçim komitəsinin yekun hesabatında bildirilib ki, Matias Korman 1 İyun 2021-dən başlayaraq 5 il müddətinə təyin olunub.
Daha əvvəl İƏİT məşvərətin beşinci raundundan sonra seçim komissiyasının son səsverməyə çıxan iki namizədi arasındakı lideri təyin edə bilmədiyini bildirmişdi.