...

Dünyada ötən sutka koronavirusa 565 mindən çox yoluxma qeydə alınıb - ÜST

Dünya xəbərləri Materials 28 Mart 2021 22:56 (UTC +04:00)
Dünyada ötən sutka koronavirusa 565 mindən çox yoluxma qeydə alınıb - ÜST

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 565 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 565 997 nəfər yeni koronavirusa yoluxub, 9 997 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 126 359 540, ölənlərin isə 2 769 473 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti