...

ABŞ-da naməlum şəxs ticarət mərkəzində atəş açıb

Dünya xəbərləri Materials 18 Aprel 2021 04:35 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Omaha şəhərində (Nebraska ştatı) ən azı bir nəfər atışma nəticəsində ölüb.

Trend-in məlumatına görə, bu barədə yerli polis idarəsinin saytında yerləşdirilən açıqlamada bildirilib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, naməlum şəxs ticarət mərkəzlərindən birinin birinci mərtəbəsində atəş açıb. Güllə yarası alan iki yaralanan şəxs, daha sonra dünyasını dəyişən bir nəfər də daxil olmaqla xəstəxanaya aparılıb.

Şübhəli şəxs hadisə yerindən qaçmağı bacarıb, polis onun axtarışını aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti