...

Honq Konqda sprey formasında koronavirus vaksini sınaqdan keçirilir

Dünya xəbərləri Materials 24 Aprel 2021 10:08 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Honq Konq Universitetində burun spreyi şəklində koronavirus vaksini hazırlanır.

Trend-in məlumatına görə, hazırda vaksin ilkin kliniki sınaq mərhələsindədir.

Sınaqlarda 10 nəfər könüllü iştirak edib. Preparatın 2-3 il ərzində istifadəyə hazır olacağı bildirilib.

Bu vaksin körpələr də daxil olmaqla bütün yaş qruplarından insanlar üçün nəzərdə tutulub.

Mütəxəssislər qeyd edir ki, bu vaksinin yeganə yan təsiri qısamüddətli baş ağrısı və burun tutulması ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti