...

Somalidə müxalifət seçkilərlə bağlı danışıqlarını bərpa etmək qərarını dəstəkləyib

Dünya xəbərləri Materials 3 May 2021 05:32 (UTC +04:00)
Somalidə müxalifət seçkilərlə bağlı danışıqlarını bərpa etmək qərarını dəstəkləyib

Bakı. Trend:

Prezidentliyə namizədlər şurasında birləşən Somali müxalifətinin nümayəndələri ölkədə parlament və prezident seçkilərinin keçirilməsi ilə bağlı danışıqların başlamasını dəstəkləyiblər.

Trend-in məlumatına görə, bu barədə Somalinin Goobjoog News xəbər portalı bildirib.

Məlumata əsasən, seçkilər dolayı və çox mərhələli səsverməni nəzərdə tutan formulaya əsasən keçiriləcək.

Seçkilərin hazırlanması üçün əsas səlahiyyətlərin, o cümlədən seçki komissiyasının formalaşmasına nəzarət və təhlükəsizlik şərtlərinin təmin edilməsini Baş nazir Məhəmməd Hüseyni Robleyə verilməsini dəstəklədilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti