Bakı. Trend:
Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 490 yoluxma halı qeydə alınıb.
Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 431 043 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka koronavirusdan daha 15 nəfər, hazırkı dövrədək isə 127 598 nəfər vəfat edib.