...

Malayziyada ölkə daxilində səyahət etmək və əksər sosial tədbirlər qadağan ediləcək

Dünya xəbərləri Materials 9 May 2021 08:03 (UTC +04:00)
Malayziyada ölkə daxilində səyahət etmək və əksər sosial tədbirlər qadağan ediləcək

Bakı. Trend:

Malayziya hakimiyyəti ölkə daxilində sərbəst hərəkətə qadağa qoyacaq. Həmçinin ölkədə koronavirusa yoluxanların sayının artması fonunda kütləvi sosial və iqtisadi tədbirlərin çoxu dayandırılacaq.

Trend-in məlumatına görə, bu barədə "The Straits Times" qəzeti Malayziya Müdafiə naziri İsmayıl Sabri Yakoba istinadən xəbər verib.

Nazir bildirib ki, məhdudiyyətlər mayın 10-dan iyunun 6-dək qüvvədə olacaq, lakin iki həftə sonra qərar yenidən nəzərdən keçirilə bilər: "Polisin xüsusi icazəsi olmadan ölkə daxilində - şəhərlər, rayonlar və əyalətlər arasında hər hansı bir hərəkət qadağandır".

Onun sözlərinə görə, bu dövrdə təhsil, iqtisadiyyat sahələrində da daxil olmaqla toy, əyləncə və digər kütləvi tədbirlərin keçirilməsi qadağandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti