...

Həmas hərəkatı İsrailin Aşkelon və Aşdod istiqamətində 150 ​​raket atıb

Dünya xəbərləri Materials 14 May 2021 04:30 (UTC +04:00)
Həmas hərəkatı İsrailin Aşkelon və Aşdod istiqamətində 150 ​​raket atıb

Bakı. Trend:

Qəzza zolağına nəzarət edən Həmas hərakatının "İzzəddin Əl-Qəssam Briqadaları" döyüş qanadı İsrailin Aşkelon şəhəri istiqamətində 100 yeni raket atdığını açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə Fələstinin "Dunya Al Watan" radiostansiyası bildirib.

Qeyd olunub ki, həmin mərmilər yerli vaxtla saat 02:00-da sahil anklavından buraxılıb.

Bildirilib ki, bu zərbələr İsrailin atəşə tutulması nəticəsində "mülki şəxslərin və hərəkat üzvlərinin ölümünə, [Qəzza] zolağında infrastrukturun məhv edilməsinə" cavab olaraq endirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti