...

Kolumbiyada mağazada partlayış baş verib, 8 nəfər yaralanıb

Dünya xəbərləri Materials 19 May 2021 02:53 (UTC +04:00)
Kolumbiyada mağazada partlayış baş verib, 8 nəfər yaralanıb

Bakı. Trend:

Kolumbiyanın Buenaventura şəhərində mağazada partlayış baş verib.

Trend-in "Caracol" radiostansiyasına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 8 nəfər xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Partlayışın səbəbi məlum deyil, insidentlə əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti