...

Honq Konqda dünyanın ən bahalı park yeri satılıb

Dünya xəbərləri Materials 3 İyun 2021 13:24 (UTC +04:00)
Honq Konqda dünyanın ən bahalı park yeri satılıb

Bakı. Orxan Nəbiyev - Trend:

Honq Konqda daşınmaz əmlak bazarında yeni rekord qeydə alınıb.

Trend-in məlumatına görə, yeni yaşayış kompleksi ərazisindəki bir avtomobillik park yeri 1,3 milyon dollar qiymətə satılıb.

Həmin yeri alan şəxsin adı açıqlanmayıb.

Qeyd olunur ki, həmin yaşayış kompleksində indiyədək 1,2 milyon dollara bir neçə park yeri satılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti