...

Rusiyada ZTR mikroavtobusla toqquşub - Ölü və yaralılar var

Dünya xəbərləri Materials 13 İyul 2021 11:20 (UTC +04:00)
Rusiyada ZTR mikroavtobusla toqquşub - Ölü və yaralılar var

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın Stavropol diyarında hərbi konvoyda hərəkət edən zirehli transportyor (ZTR) "Qazel" markalı mikroavtobusla toqquşub.

Trend-in məlumatına görə, hadisə nəticəsində iki nəfər həlak olub.

Bundan başqa, daha dörd nəfər, o cümlədən üç uşaq xəsarət alıb. Qəza zamanı mikroavtobusda 9 nəfər olub.

Qəza ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti