...

Böyük Britaniyanın səhiyyə naziri koronavirusa yoluxub

Dünya xəbərləri Materials 17 İyul 2021 17:24 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Böyük Britaniyanın səhiyyə naziri Sacid Cavid koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə nazir öz "Twitter" səhifəsində yazıb.

O bildirib ki, koronavirusa qarşı vaksinin iki dozası peyvənd olunduğu üçün xəstəliyin simptomları zəifdir.

Qeyd edək ki, Böyük Britaniyanın bundan əvvəlki səhiyyə naziri Mett Henkok da 2020-ci ilin yazında koronavirusa yoluxmuşdu.

Xəbər lenti

Xəbər lenti