...

Kuril adaları yaxınlığında 4,5 bala qədər dörd zəlzələ baş verib

Dünya xəbərləri Materials 21 İyul 2021 04:38 (UTC +04:00)
Kuril adaları yaxınlığında 4,5 bala qədər dörd zəlzələ baş verib

Bakı. Trend:

Seysmoloqlar Kuril (Saxalin Bölgəsi) yaxınlığında Sakit Okeanda 4,5 bala qədər dörd zəlzələ qeydə alıblar.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Birləşmiş Geofizika Xidmətinin Saxalin şöbəsindən bidiriblər.

Məlumatda deyilir: "2,3 ilə 4,5 bal gücündə zəlzələlər əsasən Kurilin cənub qrupu yaxınlığında qeydə alınıb. Ocaqların dərinliyi 98 kilometrə qədərdir".

Seysmoloqların sözlərinə görə, yerli sakinlər yeraltı təkanları hiss etməyiblər. Sunami təhlükəsi elan edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti