...

"Taliban"dan Türkiyəyə təklif - Ərdoğan danışıqların detallarını açıqlayıb

Dünya xəbərləri Materials 27 Avqust 2021 11:52 (UTC +04:00)
"Taliban"dan Türkiyəyə təklif - Ərdoğan danışıqların detallarını açıqlayıb

Bakı. Orxan Nəbiyev - Trend:

Əfqanıstanda hazırkı vəziyyətdə başlıca prioritetimiz vətəndaşlarımızın təxliyəsidir.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya səfəri ərəfəsində mətbuat konfransında deyib:

"Əfqanıstandakı vətəndaşlarımızın, Silahlı Qüvvələrin şəxsi heyətinin təxliyəsi davam etdirilir. Bu proses qısa zamanda başa çatacaq".

Türkiyə prezidenti Kabil hava limanının işlədilməsi ilə bağlı təkliflərin olduğunu bildirib:

"Zərurət olacağı təqdirdə, biz hər kəslə danışıqlara gedə bilərik. "Taliban"la səfirliyimizdə 3,5 saata yaxın danışıqlar keçirilib. Danışıqlarla mövcud prosesin daha sağlam yürüdülməsinə çalışırıq. "Taliban" bizə Kabil hava limanının işlədilməsini təklif edib. Bununla bağlı hələlik hər hansı qərar verməmişik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti