...

Suriyanın şimalında türk hərbçisi həlak olub

Dünya xəbərləri Materials 7 Sentyabr 2021 16:42 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Suriyanın şimalında Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatlarının keçirdiyi bölgədə baş vermiş hücum nəticəsində 1 hərbçi həlak olub.

Trend-in məlumatına görə, daha 4 türkiyəli hərbçi yaralanıb.

Qeyd olunur ki, hücum Əl-Bab şəhərindəki bazada qeydə alınıb.

Hücumdan sonra Türkiyə ordusu bölgədə genişmiqyaslı əməliyyata başlayıb. Əməliyyat nəticəsində çox sayda terrorçunun zərərsizləşdirildiyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti