...

Əfqanıstanın Pəncşir vilayətinin 65 faizə qədərinin müqavimət qüvvələrinin nəzarətində olduğu bildirilib

Dünya xəbərləri Materials 9 Sentyabr 2021 05:08 (UTC +04:00)

Bakı. Trend:

Əfqanıstanın Pəncşir vilayətindəki Milli Müqavimət Cəbhəsi ölkə ərazisinin 65 faizə qədərini nəzarətdə saxlayır. "Taliban" hərəkatı yalnız əsas yolu tutmağı bacarıb.

Trend-in məlumatına görə, bu barədə müqavimət qüvvələrinin nümayəndəsi Əli Maysam Nəzəri bildirib.

O qeyd edib: "Pəncşirin 60 faizindən 65 faizə qədəri bizim nəzarətimiz altındadır. Pəncşirdə 15-ə yaxın bir çox əlavə dərələr var və hamısı nəzarətimiz altındadır".

Onun sözlərinə görə, döyüşçülər əsas yoldan və vilayət mərkəzindən taktiki olaraq geri çəkilib, lakin tezliklə onları geri almaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti