...

Şimali Koreyada hipersəsli raketin sınaq buraxılışı həyata keçirilib

Dünya xəbərləri Materials 29 Sentyabr 2021 03:45 (UTC +04:00)
Şimali Koreyada hipersəsli raketin sınaq buraxılışı həyata keçirilib

Bakı. Trend:

Şimali Koreyada yeni "Hvason-8" hipersəsli raketin ilk sınaq buraxılışı həyata keçirilib.

Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilib: "KXDR Milli Müdafiə Akademiyası Caqanq vilayətində yeni hazırlanan "Hvason-8" hipersəsli raketinin sınaq buraxılışını həyata keçirib".

Sınaq buraxılışında Koreya Əmək Partiyası (KƏP) Mərkəzi Komitəsi Siyasi Büro Rəyasət Heyətinin üzvü Pak Çon və müdafiə elmləri sektorunun rəhbər işçiləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti