...

"YouTube" peyvəndlərlə bağlı dezinformasiyalı videoları siləcək

Dünya xəbərləri Materials 29 Sentyabr 2021 21:22 (UTC +04:00)
"YouTube" peyvəndlərlə bağlı dezinformasiyalı videoları siləcək

Bakı. Trend:

"YouTube" videohostinqi dezinformasiya ilə mübarizə çərçivəsində dünyada təsdiq edilmiş koronavirusa qarşı peyvəndləri şübhə altına salan bütün videoları siləcək.

Trend-in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bunu "YouTube"un vitse-prezidenti Mett Halprin deyib.

Onun sözlərinə görə, peyvəndlərin təhlükəli olduğunu və ya sağlamlığa uzun müddətli mənfi təsir göstərə biləcəyini göstərən bütün videolar videohostinqdən silinəcək.

Qeyd edilir ki, yeni qayda yalnız COVID-19-a qarşı dərmanlar deyil, bütün peyvəndlərə aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti