...

Rusiyada koronavirusdan gündəlik ölüm sayı artır

Dünya xəbərləri Materials 30 Sentyabr 2021 13:52 (UTC +04:00)
Rusiyada koronavirusdan gündəlik ölüm sayı artır

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada üçüncü gündür ki, ardıcıl olaraq ən yüksək gündəlik ölüm faktı qeydə alınıb.

Trend-in məlumatına görə, sentyabrın 30-da Rusiyada 867 nəfər vəfat edib.

Buna qədər ən yüksək göstərici, 857 ölüm sentyabrın 29-da qeydə alınmışdı. Bugünədək Rusiyada koronavirusdan ölənlərin sayı 207 255 nəfərə çatıb.

Eyni zamanda, ötən gün Rusiyada 23 888 yeni yoluxma qeydə alınıb. Ölkədə yoluxanların sayı 7,5 milyon nəfəri ötüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti