...

ABŞ-da helikopterlə təyyarə toqquşub, ölənlər var

Dünya xəbərləri Materials 1 Oktyabr 2021 23:06 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Arizona ştatında iki nəfər helikopterlə təyyarənin toqquşması nəticəsində ölüb.

Trend-in məlumatına görə, bu barədə ABC 15 nəşri xəbər verib.

Məlumata əsasən, hava gəmiləri ABŞ-ın Çendler hava limanının yaxınlığında toqquşub.

Toqquşmadan sonra helikopter qəzaya uğradı, göyərtədəki iki sərnişin ölüb. Eyni zamanda təyyarə təhlükəsiz şəkildə uçuş -enmə zolağına enib.

Xəbər lenti

Xəbər lenti