...

Banqladeşdə qayıq ilə yük gəmisinin toqquşması nəticəsində beş nəfər ölüb

Dünya xəbərləri Materials 10 Oktyabr 2021 08:17 (UTC +04:00)
Banqladeşdə qayıq ilə yük gəmisinin toqquşması nəticəsində beş nəfər ölüb

Bakı. Trend:

Banqladeşin Dəkkə şəhəri yaxınlığında Turaq çayında qayıq yük daşıyan gəmi toqquşub. Bundan sonra qayığın aşması nəticəsində ən azı beş nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə Sinxua agentliyi yerli təcili yardım xidmətinin növbətçisinə istinadən xəbər verib.

Məlumata əsasən, hadisə göyərtəsində 18 nəfər olan qayığın və yük gəmisinin toqquşması nəticəsində baş verib. Bildirilib ki, hazırda xilasedicilər bir qadın, bir qız və üç oğlanın cəsədini çıxarıblar. Bir neçə nəfərin itkin düşdüyü bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti