...

Dekabrda Yer kürəsinə potensial təhlükəli asteroid yaxınlaşacaq

Dünya xəbərləri Materials 9 Noyabr 2021 05:26 (UTC +04:00)
Dekabrda Yer kürəsinə potensial təhlükəli asteroid yaxınlaşacaq

Bakı. Trend:

Dekabrda Yer kürəsinə uzunluğu 330 metr olan asteroid yaxınlaşacaq.

Trend xəbər verir ki, bu barədə Amerika kosmik agentliyi (NASA) məlumat yayıb. Bildirilir ki, 4660 Nereus adlandırılmış səma cismi futbol meydançasından 3 dəfəyədək böyükdü və "potensial təhlükəli asteroid" kimi təsnif olunur.

Qeyd edək ki, asteroid Yerə 11 dekabrda yaxınlaşacaq və planetdən 3,9 milyon kilometr məsafədən uçacaq. Məlumata görə, o planetimiz üçün təhlükə yaratmır.

Asteroid 1982-ci ildə amerikalı astronom Eleonora Helin tərəfindən kəşf olunub. Səma cismi Yerin traektoriyasıyla kəsişən "Appolon" asteroidlər qrupuna daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti