...

Kembric lüğəti ingilis dilində ilin sözünü seçib

Dünya xəbərləri Materials 18 Noyabr 2021 16:59 (UTC +04:00)
Kembric lüğəti ingilis dilində ilin sözünü seçib

Bakı. Orxan Nəbiyev - Trend:

Kembric lüğətinin redaksiyası ingilis dilində 2021-ci ilin sözünü seçib.

Trend-in məlumatına görə, lüğətin versiyasına əsasən, ilin sözü "perseverance" (inadkarlıq) olub.

Qeyd olunub ki, il ərzində həmin söz lüğətdə 243 min dəfədən çox axtarışa verilib.

Bu sözün populyarlığı əsasən, fevral ayında qeydə alınıb. Həmin dövrdə NASA-nın "Perseverance" adlı kosmik gəmisi Marsın səthinə uğurlu eniş etmişdi. Hazırda "Perseverance"ın Marsda tədqiqatları davam edir.

Xatırladaq ki, bu ayın əvvəlində Oksford lüğəti "vax" sözünü (vaksin, vaksinləmək) ingilis dilində 2021-ci ilin sözü seçmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti