...

Eyfel qülləsi böyüklüyündə asteroid Yerə yaxınlaşır

Dünya xəbərləri Materials 10 Dekabr 2021 07:49 (UTC +04:00)
Eyfel qülləsi böyüklüyündə asteroid Yerə yaxınlaşır

Bakı. Trend:

Eyfel qülləsi böyüklüyündə və 4,7 milyard dollar dəyərində "4660 Nereus" asteroidi Yerə yaxınlaşır.

Trend-in məlumatına görə, bu barədə NASA-nın saytında bildirilir.

Məlumata əsasən, "4660 Nereus" asteroidi ilk dəfə 1982-ci ildə aşkarlanıb. O zaman NASA onun trayektoriyasını hesablayıb və belə nəticəyə gəlib ki, bu obyekt Yer üçün təhlükə yarada bilər – onun trayektoriyası Yerin orbiti ilə kəsişir.

Daha sonra alimlər belə qənaətə gəliblər ki, "4660 Nereus" təhlükəli deyil - təxminən 23 min km/saat sürətlə Yerdən xeyli məsafədən keçəcək.

Astronomların məlumatlarına əsasən, bu asteroid qiymətli filizdən ibarətdir - onun tərkibində dəyəri 4,7 milyard dollardan çox olan nikel, kobalt və dəmir var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti