...

Honq Konqda göydələn yanır, 300-dən çox şəxs köməksiz qalıb (VİDEO)

Dünya xəbərləri Materials 15 Dekabr 2021 12:27 (UTC +04:00)
Honq Konqda göydələn yanır, 300-dən çox şəxs köməksiz qalıb (VİDEO)

Bakı. Orxan Nəbiyev - Trend:

Honq Konqda 38 mərtbəli göydələndə yanğın baş verib.

Trend-in məlumatına görə, binanın yuxarı mərtəbələrində 300-dən çox şəxs qalıb.

İlkin ehtimallara görə, yanğın birinci mərtəbədə yerləşən texniki otaqda başlayıb və daha sonra yuxarı mərtəbələrə yayılıb.

İndiyədək binadan 165 nəfərin təxliyə olunduğu deyilir. Azı 8 nəfər xəsarət alıb.

Hazırda yanğın beş ballıq kateqoriya ilə üç bal gücündə davam edir.

Yanğının söndürülməsi və insanların təxliyəsi aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti