...

Çində torpaq sürüşməsi baş verib, ölənlər var

Dünya xəbərləri Materials 4 Yanvar 2022 06:48 (UTC +04:00)
Çində torpaq sürüşməsi baş verib, ölənlər var

Bakı. Trend:

Çinin Quyçjou vilayətində baş verən sürüşmə nəticəsində azı 5 nəfər ölüb, 3 nəfər yaralanıb, daha 9 nəfər itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə Çinin Mərkəzi Televiziyası xəbər verib.

Məlumata əsasən, hadisə tikinti işləri zamanı baş verib. Hakimiyyət xilasetmə əməliyyatlarını həyata keçirmək üçün təxminən 720 nəfəri səfərbər edib.

Bütün xəsarət alanlar ən yaxın xəstəxanaya çatdırılıb. Polis hadisənin təfərrüatlarını aydınlaşdırır, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti