...

Əbu-Dabidə yanğın və partlayışlar baş verib, ölənlər var

Dünya xəbərləri 17 Yanvar 2022 15:30 (UTC +04:00)
Əbu-Dabidə yanğın və partlayışlar baş verib, ölənlər var

Bakı. Orxan Nəbiyev - Trend:

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə sənaye zonalarının birində iri yanğın baş verib.

Trend-in məlumatına görə, yanğın nəticəsində yanacaq çənlərinin yaxınlığında dayanmış və içərisində neft məhsulları olan üç sistern maşını partlayıb.

İlkin məlumatlara əsasən, hadisə nəticəsində üç nəfər həlak olub, altı nəfər yaralanıb.

Eyni zamanda, Əbu-Dabi beynəlxalq hava limanı yaxınlığındakı tikinti meydançasında yanğın baş verib.

Yanğınla əlaqədar uçuşların cədvəlində hər hansı bir dəyişikliyin olmadığı bildirilib.

Yerli polisin məlumatına əsasən, yanğınlara pilotsuz uçuş aparatlarının düşməsi səbəb olduğu ehtimal edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti