...

İspaniyada qocalar evində yanğın nəticəsində ölən və yaralananlar var

Dünya xəbərləri 19 Yanvar 2022 08:06 (UTC +04:00)
İspaniyada qocalar evində yanğın nəticəsində ölən və yaralananlar var

Bakı. Trend:

İspaniyanın şərqində qocalar evində baş verən yanğın nəticəsində 5 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli xilasetmə departamenti yayıb.

Bildirilir ki, yanğın Valensiyadakı Moncada yaşayış məntəqəsində baş verib, hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb edilib.

Xilasedicilər 11 nəfəri tüstüdən zəhərlənmə diaqnozu ilə həkim briqadalarına təhvil veriblər, 25 nəfər alov bürümüş binadan çıxarılıb, daha 70 nəfər təxliyyə olunub.

İlkin məlumata görə, yanğın oksigen qurğusunda qısaqapanma nəticəsində baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti