...

Rusiyada koronavirusa 124 mindən çox yeni yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 31 Yanvar 2022 13:40 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada son sutka ərzində 124 070 nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu, pandemiya dövründə ölkədə qeydə alınmış ən yüksək göstərici olub.

Əvvəlki gün 121 228 nəfərin yoluxması qeydə alınmışdı. Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 11,86 milyonu ötüb.

Eyni zamanda, son sutkada 621 nəfər həyatını itirib. Bir gün əvvəl ölənlərin sayı 617 nəfər idi.

Rusiyada bugünədək koronavirusdan ölənlərin sayı 331 349 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti