...

Haitidə güclü yağışlar nəticəsində minlərlə ev su altında qalıb, çaylar məcrasından çıxıb

Dünya xəbərləri Materials 1 Fevral 2022 07:11 (UTC +04:00)
Haitidə güclü yağışlar nəticəsində minlərlə ev su altında qalıb, çaylar məcrasından çıxıb

Bakı. Trend:

Haitidə leysan yağışlar səbəbiylə çayların daşması nəticəsində minlərlə ev su altında qalıb və təxminən 2500 ailə evlərini tərk edib. Xilasetmə qrupları yüksək riskli zonalarda insanları təxliyə etməyə başlayıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, təxminən 36 saat davam edən yağışlar nəticəsində, əsasən ölkənin şimalında yerləşən Kap-Haitien şəhərinin tarixi mərkəzini su basıb, güclü külək ağacları aşırıb.

Yerli xilasetmə qurumları daşqın təhlükəsi olan və güclü külək müşahidə olan ərazilərdə sakinlərin özlərini qorumaq üçün lazımi ehtiyat tədbirləri görməli olduqlarını bildiriblər.

Qeyd edək ki, Karib hövzəsində yerləşən Haiti təbii fəlakətlərdən ardıcıl olaraq əziyyət çəkir. Bu zaman əsasən yoxsul və sıx məskunlaşmış əhali ziyan görür. 2010-cu ildə baş verən güclü zəlzələdə təxminən 300 000 adam, keçən il isə ölkənin cənubunda baş verən zəlzələdə daha 2 000 insan həlak olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti