...

Türkiyə ilə Ukrayna arasında azad ticarət sazişi imzalanacaq

Dünya xəbərləri Materials 2 Fevral 2022 13:35 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna səfəri çərçivəsində sabah Türkiyə ilə Ukrayna arasında azad ticarət sazişi imzalanacaq.

Trend-in məlumatına görə, bunu Tütkiyənin ticarət naziri Mehmet Muş deyib.

"Sabah, fevralın 3-də biz Ukrayna ilə yeni nəsil azad ticarət sazişi imzalayacağıq. Ukrayna ilə münasibətlərimizdə ticarət çox vacib sahədir. 2021-ci ildə qarşılıqlı ticarətin həcmi 59 faiz artaraq 7,4 milyard dollar təşkil edib", - deyə nazir bildirib.

Xatırladaq ki, R.T.Ərdoğan ötən gün açıqlmasında Ukraynaya səfər edəcəyini bildirmişdi. O, həmçinin, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfər edəcəyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti