...

Suriya ilə sərhəddə türk hərbçi şəhid olub

Dünya xəbərləri Materials 3 Fevral 2022 02:06 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Şırnak əyalətində terrorçuların hücumu nəticəsində 1 hərbçi həlak olub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

"Şirnak əyalətinin Cizrə şəhərindəki sərhəd-keçid məntəqəmizə minaatandan hücum nəticəsində piyada əsgərimiz Tarık Tarkan şəhid olub", - deyə Nazirlikdən bildiriblər.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar həlak olan hərbçinin ailəsinə başsağlığı verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti