...

ABŞ Dövlət Departamenti İordaniyaya F-16 qırıcılarının satışını təsdiqləyib

Dünya xəbərləri Materials 4 Fevral 2022 04:11 (UTC +04:00)
ABŞ Dövlət Departamenti İordaniyaya F-16 qırıcılarının satışını təsdiqləyib

Trend-i buradan izləyin

Bakı. Trend:

ABŞ Dövlət Departamenti İordaniyaya təxmini dəyəri 4,21 milyard dollar olan 12 F-16 döyüş təyyarəsi, müvafiq avadanlıq və sursat komponentlərinin satışını təsdiqləyib.

Trend xəbər verir ki, müvafiq məlumatı Pentaqon yayıb.

Bununla yanaşı, Səudiyyə Ərəbistanına raketdən müdafiə sistemlərini təkmilləşdirmək məqsədilə 23,7 milyon dollara 31 ədəd MIDS-LVT Çoxfunksiyalı Məlumat Yayma Sistemi satmaq üçün razılıq verilib.

Birləşmiş Ərəb Əmirliklərinə 30 milyon dollar dəyərində raketdən müdafiə sistemləri üçün ehtiyat hissələri almağa icazə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti