Bakı. Trend:
Rusiyanın Kamçatka yarımadasının Koryaki kəndində An-2 təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Kamçatka diyarının qubernatoru Vladimir Solodov deyiv.
"İlkin məlumata əsasən, qəza nəticəsində iki heyət üzvü həlak olub. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm", - deyə qubernator bildirib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsindən isə bildirilib ki, qəza nəticəsində heyət üzvlərindən biri ölüb, digərinin yeri müəyyənləşdirilir.
XXX
05:15
Rusiyanın Kamçatka yarımadasının Koryaki kəndində An-2 təyyarəsi qəzaya uğrayıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildiriblər.
"Xilasedicilər Elizovski bələdiyyəsinin Koryaki kəndi yaxınlığında yüngülmühərrikli An-2 təyyarəsinin qəzaya uğradığı yerə gedirlər", - deyə açıqlamada bildirilir.