Bakı. Orxan Nəbiyev - Trend:
İndoneziyanın Papua əyaləti sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, yeraltı təkanlar Cayapura şəhərindən 383 kilometr şərqdə qeydə alınıb.
Təbiət hadisəsi nəticəsində hər hansı itki və ya fəsadlar barədə məlumat verilməyib.
Sunami təhlükəsinin olmadığı deyilir.