...

Gürcüstanda mikroavtobus dərəyə aşıb, 18 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 12 Fevral 2022 22:53 (UTC +04:00)

Bakı. Trend:

Gürcüstanın mərkəzində Xaşuri-Surami yolunda mikroavtobusun iştirakı ilə baş verən qəzada ən azı 18 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə Gürcüstanın "Rustavi 2" televiziya kanalı xəbər verib.

Bildirilib ki, Zuqdididən Tbilisiyə gedən sərnişin mikroavtobusu hündürlükdən dərəyə aşıb.

Bütün sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar, onlar xəstəxanaya çatdırılıb. Üç nəfərin vəziyyətinin ağır olduğu bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti