...

Çilinin şimalında fövqəladə vəziyyət elan edilib

Dünya xəbərləri Materials 13 Fevral 2022 05:43 (UTC +04:00)
Çilinin şimalında fövqəladə vəziyyət elan edilib

Bakı. Trend:

Çili hökuməti miqrasiya böhranı və artan cinayətlə əlaqədar ölkənin şimalındakı bir sıra bölgələrdə fövqəladə vəziyyət tətbiq edəcək.

Trend-in məlumatına görə, bu barədə ölkənin daxili işlər və ictimai təhlükəsizlik naziri Rodriqo Delqado bildirib.

"Sərhədyanı zonasındakı dörd əyalətdə - Arika, Parinakote, Tamaruqal və El Loedə fövqəladə vəziyyət elan ediləcək".

Onun sözlərinə görə, bu tədbir bölgələrdə ictimai asayişin təmin edilməsinə hərbçiləri cəlb etməyə imkan yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti