...

Hondurasın sabiq prezidenti saxlanılıb

Dünya xəbərləri Materials 16 Fevral 2022 06:45 (UTC +04:00)
Hondurasın sabiq prezidenti saxlanılıb

Bakı. Trend:

Hondurasın sabiq prezidenti Xuan Orlando Hernandes ölkənin paytaxtı Tequsiqalpada yaşadığı evdə saxlanılıb.

Trend-in "Tribuna" qəzetinə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanları sabiq prezidentin saxlanılması üçün gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə əməliyyat keçirsə də, əməliyyat zamanı heç bir insident qeydə alınmayıb.

Ötən gün Honduras məhkəməsi sabiq prezidentin saxlanılmasına icazə verib. Daha əvvəl Honduras hakimiyyəti yanvarın sonunda səlahiyyət müddəti başa çatan siyasətçinin ekstradisiyası üçün ABŞ-dan sorğu alıb. Onun ABŞ ərazisinə xeyli miqdarda kokainin daşınmasında iştirak etdiyi iddia edilir.

Hernandes məhkəmədə könüllü iştirak etməyə və təqsirsizliyini müdafiə etməyə hazır olduğunu açıqlayıb. Qanuna əsasən, keçmiş dövlət başçısının ekstradisiyası ilə bağlı qərarın qəbulu üçün üç aya qədər vaxt verilir.

Xatırladaq ki, 2021-ci il mart ayının sonunda ABŞ məhkəməsi Hondurasın keçmiş prezidentinin qardaşı Xuan Antonio Hernandesi narkotik ticarətində iştirak etdiyinə görə ömürlük həbs cəzasına məhkum edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti