...

Finlandiya parlamenti NATO-ya üzvlüklə bağlı referendum üçün petisiyaya baxacaq

Dünya xəbərləri Materials 27 Fevral 2022 09:52 (UTC +04:00)

Bakı. Trend:

Finlandiyanın NATO-ya daxil olması ilə bağlı referendum keçirilməsi üçün vətəndaş təşəbbüsü bir neçə gün ərzində 50 mindən çox imza toplayıb və parlamentdə nəzərdən keçirilə bilər.

Trend TASS-a istinadən xəbər verir ki, petisiya fevralın 21-də kansalaisaloite.fi xüsusi saytında dərc edilib və fevralın 26-da axşam saatlarında sənədə səs verənlərin sayı 50 mini keçib. Finlandiya qanunlarına görə, bu, sənədin parlamentə təqdim edilməsi üçün lazım olan həddir.

"Biz Finlandiyanın NATO-ya daxil olması ilə bağlı referendumun keçirilməsini təklif edirik", - sənəddə deyilir.

Qeyd edək ki, daha əvvəl Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bildirmişdi ki, Finlandiya NATO-nun "açıq qapı" siyasətini davam etdirməsini vacib hesab edir. O, ölkəsinin NATO-ya üzv olmaq üçün müraciət etmək imkanını saxlanıldığını, belə qərarlara beynəlxalq təhlükəsizlik sahəsində baş verən dəyişikliklər nəzərə alınmaqla real vaxt rejimində baxıldığını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti