...

Putin iqtisadi məsələlərlə bağlı iclas keçirəcək

Dünya xəbərləri Materials 28 Fevral 2022 14:29 (UTC +04:00)
Putin iqtisadi məsələlərlə bağlı iclas keçirəcək

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin bu gün iqtisadi məsələlərlə bağlı iclas keçirəcək.

Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, iclasda baş nazir, Mərkəzi Bankın rəhbəri, maliyyə naziri, "Sberbank"ın rəhbəri və digər şəxslər iştirak edəcək.

Qeyd edək ki, Ukraynada keçirilən hərbi əməliyyatlarla əlaqədar Rusiyaya qarşı tətbiq edilən sanksiyalar nəticəsində rublun dəyəri kəskin ucuzlaşıb. Bu gün Rusiya Mərkəzi Bankı ölkədə uçot dərəcəsini 9,5 faizdən 20 faizədək artırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti