Bakı. Trend:
Böyük Britaniya limanları Rusiya gəmilərinə girişi qadağan etməlidir.
Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şapps özünün "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, o, ölkənin bütün limanlarına Rusiyada qeydiyyatdan keçmiş, Rusiya bayrağı altında üzən və ya "Rusiya ilə əlaqəli hər hansı bir şəxs"ə məxsus, nəzarət edilən, icarəyə götürülmüş və ya idarə olunan heç bir gəmiyə giriş icazəsi verməməyi xahiş edib.
Nazir əlavə edib ki, Böyük Britaniya hökuməti Rusiya gəmilərinin gəlişini qadağan edən qanun qəbul etməyə çalışacaq.